Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Karantin rejimi ilə bağlı mühüm açıqlama: “Pandemiya dünyada tüğyan edir, ona görə də...”

“Hər birimiz Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə əməl etməliyik. Pandemiya dünyada tüğyan edir, ona görə də məsuliyyətli olmalıyıq”.
 
"RegionTV.info"  xəbər verir ki, Bunu açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
 
C.Osmanov qeyd edib ki, Avropanın bəzi ölkələri karantin rejimini sərtləşdirib: “Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-ə yaxınlaşır. Yoluxanların sayı sağalanların sayından 3 dəfə çoxdur. “Britaniya ştammı”nın da aşkar edilməsi növbəti siqnaldır. Biz karantin rejiminin sərtləşməsini gözləməməliyik, qaydalara əmək etməliyik. Tibbi maskadan mütləq istifadə etməli, şəxsi gigiyenaya diqqət yetirməli, sosial məsafə saxlanılmalıdır, yəni insanların sıx toplaşdığı yerlərdən kənar durmalıyıq. Azərbaycan hökuməti əhalinin sağlamlığının qorunması istiqamətində bütün addımları atır, vaksinasiyanı ilk həyata keçirən ölkələrdən olmuşuq. Gərək insanlar da kütləvi şəkildə vaksinasiya prosesinə qoşulsunlar. Belə olan halda, karantin rejiminin sərtləşəcəyi ilə bağlı qərarı gözləməyə ehtiyac qalmayacaq. Hansı dövlət istəyər ki, sərt karantin rejimi tətbiq etsin, iqtisadiyyata ziyan dəysin? Bu, dövlət büdcəsinə böyük zərbədir...”

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də