Şəki rayonunda piyadanı avtomobil vurub.
"RegionTV.info"nun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhər ərazisində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən yaşlı kişini "Opel" markalı avtomobil vurub. Ağır bədən xəsarətləri alan piyada Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş