
"RegionTV.info" xəbər verir ki, araşdırmalarla meyiti tapılan şəxsin bir ay əvvəl itkin düşən şəhər sakini, 2002-ci il təvəllüdlü Pərvin Musayeva olması müəyyən edilib. Onun qətlə yetirildiyi məlum olub.
Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2001-ci il təvəllüdlü Sərdar Cəfərov saxlanılıb.
Qeyd edək ki hadisəni törədən şəxs qızın sevgilisi olub.
Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.