Vətən müharibəsi zamanı Ermənistan tərəfindən atılan raketlər zamanı dağılan və ya qəzalı vəziyyətə düşən 21 fərdi yaşayış evinin tikinti işləri aparılır.
"RegionTV.info"nun verdiyi məlumata görə, aparılan işlər çərçivəsində 520-yə yaxın yaşayış və qeyri-yaşayış obyektinin təmir-bərpa işləri gedir. Onlardan 120-də işlər yekunlaşıb.
Ümumilikdə isə erməni terroru zamanı 1000-dən artıq yaşayış evi, obyektlər tam və ya qismən dağılıb. Bu tikililərin bərpası istiqamətində işlər davam etdirilir.
Xəbəri paylaş