
"RegionTV.info" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, fevralın 1-dən 164 şagird virusa yoluxub. Onlardan 282-si V - IX, 23-ü məktəbə hazırlıq qrupunda qeydə alınıb.
E.Əmrullayev bildirib ki, işçi heyətdən isə COVID-19-a 714 nəfər yoluxub.
Hazırda 626 sinfin distant təhsilə keçdiyini deyən nazirin sözlərinə görə, onlardan 233-ü həmin müddəti bitirib və tədris bərpa olunub, 393-ü hazırda distant formanı davam etdirir: "Ümumilikdə 48 məktəb ümumi distant təhsilə keçib. 41-i hazırda yenə də distant formada işini davam etdirir. 7 məktəb isə yenidən ənənəvi tədrisə qayıdıb”.