Ucar rayon sakinləri yolsuzluqdan əziyyət çəkir.
"RegionTV.info" xəbər verir ki, rayon mərkəzindən 30 kilometr uzaqlıqda yerləşən Yuxarı Şilyan kəndinin sakinləri uzun zamandır yol problemi ilə üz-üzə qalıb.
Kənddaxili yolların bərbad gündə olması sakinlərin gediş-gəlişini çətinləşdirib.
Yerli sakinlər deyir ki, qışda vəziyyət daha da çətinləşir. Onların sözlərinə görə, 30 ildən çoxdur istifadə olunan kənd yolları öz ömrünü başa vurub. Yolların bərbad olması məktəbə gedən şagirdlərin də işini çətinləşdirir.
Məsələ ilə bağlı Yuxarı Şilyan kənd bələdiyyə sədri Vilayət Məmmədov BAKU.TV-yə bildirib ki, həmin yoldakı vəziyyətdən xəbərdardırlar.
Bələdiyyə sədrinin sözlərinə görə, iki dəfə yollar bələdiyyə hesabına təmir olunub. Hazırda Yuxarı Şilyan kəndinin yollarının təmiri dövlət proqramına salınıb. Yeni yolun çəkilişi yaxın vaxtlarda nəzərdə tutulub.
Xəbəri paylaş