Ukraynada ötən gün 15 053 nəfərdə COVID-19 aşkarlanıb. Bu, ölkədə cari ilin rekordudur.
"RegionTV.info" xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Maksim Stepanov feysbukda məlumat yayıb.
Məlumata görə, son sutkada 4 376 nəfər koronavirusla bağlı xəstəxanaya yerləşdirilib, 267 nəfər vəfat edib, 6 514 nəfər isə sağalıb.
Bildirilib ki, ən çox yoluxma halları Kiyev şəhəri (1 092), Jitomor (1 398), Lvov (1 092), Odessa (997) və Xmelnik (800) vilayətlərində qeydə alınıb.
Ölkədə karantin tədbirlərinin sərtləşdirilməsi gözlənilir.
Qeyd edək ki, martın 17-si 11 833, martın 16-sı isə 9 642 nəfərdə koronavirusun qeydə alındığı açıqlanmışdı.
Xatırladaq ki, Ukraynada indiyədək 1 504 076 nəfərə COVID-19 diaqnozu qoyulub, onlardan 1 244 190 nəfəri sağalıb, 29 253 nəfər isə ölüb.
Xəbəri paylaş