Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qadınları Türkiyəyə apararaq satan mafiya üzvləri belə yaxalandı – FOTOLAR

Əcnəbi ölkə vətəndaşı olan qadınları aldadaraq Türkiyəyə gətirən və burada fahişəliyə məcbur edən şəbəkəyə qarşı əməliyyat keçirilib.

"RegionTV.info"   xəbər verir ki, Ankarada həyata keçirilən əməliyyat nəticəsində cinayətkar şəbəkənin üzvü olan 7 nəfər tutulub. Həmçinin onların nəzarəti altında fahişəliyə məcbur edilən 10 əcnəbi qadın xilas edilib. Qadınların Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Ukrayna vətəndaşı olduğu bildirilir.
 
Cinayətkar şəbəkənin maddi ehtiyac içində yaşayan qadınara işləmək adı ilə vəd verərək Türkiyəyə gətirdiyi, burada onların sənədlərini əllərindən alaraq fahişəliyə məcbur etdiyi müəyyənləşdirilib.

Əməliyyat zamanı silah-sursat və xeyli pul da ələ keçirilib.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də