"RegionTV.info" xəbər verir ki, İstanbulda 47 yaşlı H.Ç və 40 yaşlı N.Ç 1998-ci ildə evlənib. 3 övladı olan qadın ərinə 2013-cü ildə xərçəng xəstəsi olduğunu və bunun üçün başqa şəhərdə müalicə alacağını söyləyib. 2 uşağını ərinin yanında saxlayaraq ən balacasını özü ilə aparıb.Bu müddət ərzində H.Ç həyat yoldaşının müalicəsi üçün ona pul göndərib.
Anasından şübhələnən qadının böyük oğlu onu izləməyə başlayıb. Bu zaman anasının evinə gedən gənc həyatının şokunu yaşayıb. Belə ki, qapını açan kişi N.Ç-nın həyat yoldaşı olduğunu söyləyib.
N.Ç məhkəməyə ifadəsində anasının birlikdə yaşadığı kişini də aldatdığını söyləyib: "Anam bizi aldadaraq müalicə olunmaq adı ilə başqa kişi ilə yaşamağa başlayıb. Hər gün bizə xəstə olduğunu söyləyirdi. Hətta anam bizə keçəl şəkillərini göndərirdi. Anam 5 ildir ki, birlikdə yaşadığı kişini də aldadıb. Ona guya atamla boşanma ərəfəsində olduğunu bildirib. Balaca bacım da o kişiyə ata deyir".
H.Ç həyat yoldaşını məhkəməyə verərək illərdir müalicə adı ilə N.Ç-ya göndərdiyi pulların geri qaytarılmasını tələb edib.