"RegionTV.info"
“İndiyə kimi heç bir serialın çəkilişinə dəvət almamışam. Təklif edən olmayıb ki, al, bu 10-20 manatı heç olmasa, epizodik rola çəkil”.
1990-cı illərdə “Sehirli güzgü” verilişindən tanınan “Sim-sim” Lələ kimi məşhurlaşan aktyor Adışirin Bağırov uzun illər işsiz qaldığını deyir.
Maddi sıxıntıları olan sənətçi hətta marketlərdə satıcı işləmək məcburiyyətində qalıb: “Yaşamaq üçün nəsə yeməliyəm. Hətta marketlərə gedirdim ki, orada yarım gün də olsa, işləyim, qazanc yerim olsun, amma cəmi bir gün işləyə bilirdim. Kənardan insanlar marketin sahibinə aktyorun burada işlədiyinə görə irad tuturdular. O da deyirdi ki, ayıbdır, aktyorsan, niyə marketdə işləməlisən. Cavanlıqda xəyal edirdim ki, 60 yaşımda gözəl günlər görəcəyəm. 61 yaşım var, heç nə gözlədiyim kimi olmadı“.
AzTV-dən bildirilib ki, Adışirin Bağırov televiziyada işlə təmin olunub.
Xəbəri paylaş