Əməkdar artist Rəhman Rəhmanov 2 aydır müğənni oğlu Emil Rəhmanoğlu ilə küsülüdür.
"RegionTV.info" bildirir ki, aktyor bu haqda "Onun sirri" proqramında deyib. O bildirib ki, buna səbəb Emilin spirtli içki içməsidir:
"Emili çox istəyirlər, deyirlər gözəl sənətkardır, böyük ürəyi var. Şou yaratmaq, reytinq üçün Emildən başqa adam tapmırlar? Necə yaxşı ifaçıdır ki, onu yıxırlar, yerə vururlar. Emil nə edirsə, öz xeyrinə, ziyanına edir. Məclisdə buna içki veriblər. Spirtli içki, narkotik insana ziyandır, ağ ölümdür. Pis vərdişlər varsa, bunu niyə təbliğ edirsiz. Arağı içib şirə dönüb, yıxılıb yerdə qalıb. Narkotik istifadə edib pis olub. Xəstəni bu halda dolamaq, ələ salmaq, millətə göstərmək əvəzinə, get narkotiki satanı tap. Onlardan soruş niyə satırsan, ailələri dağıdırsan, evləri satdırıb, insanları küçədə qoyursan.
Gedib qonaqlıqda içib, tutublar onu müsahibə alıblar. Başlayıblar ki, atan sizi atdı, getdi evləndi. O da qayıdıb ki, 8 yaşımda atam atıb bizi. İkinci dəfə 1994-cü ildə evlənmişən. Onda 13 yaşın var idi. İkinci yoldaşım ona baxıb. 20 yaşına qədər Emil içki nədi bilməyib. Əsgərlikdən gələndən sonra başladı. Emildə də günah var. Görürsən içmisən, get evinə, niyə çəkilişə gedirsən? Emildən incimişəm, 2 aydır onu danışdırmıram".
Xəbəri paylaş