
"RegionTV.info" xəbər verir ki, bu fikirlər ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycana səfərinin nəticəsinə dair bəyanatında yer alıb.
Səfər zamanı Linde “Qadınlar, sülh və təhlükəsizlik” gündəminin daha da irəliləməyin vacibliyini vurğulayıb və ATƏT prinsiplərinə və beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquq və insan haqlarına hörmət edilməsinin vacibliyini önə çəkib. Linde ötən ilin 10 noyabrında Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış bəyanatın tam tətbiq olunmasının vacibliyini də vurğulayıb.