"RegionTV.info"nun məlumatına görə, kəndin muxtarı Səbri Duman fəlakətlə üzləşdiklərini, hazırda 170 evin olduğu kənddə 50-yə yaxın evin yandığını bildirib.
Türkiyə Daxili İşlər Nazirinin müavini İsmail Çataklı yanğının kəndin böyük bir hissəsini təhdid etdiyini açıqlayıb.
Yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib. Eyni zamanda yanğının söndürülməsi üçün bir vertolyot də istənilib.