Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Koronavirusu yüngül keçirənlərin nəzərinə! Baş infeksionistdən AÇIQLAMA

Koronavirusa yoluxan bütün xəstələrin stasionar müalicəsi məsləhətdir.

"RegionTV.info"   xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, bu virus istənilən halda təhlükəli ola bilər: "Yoluxma hallarının sayı hazırda yenidən artmaqdadır. Belə hallarda stasionar xəstələrin sayı da artır. Tənəffüs çatışmazlığı olmayan bəzi xəstələr evdə müalicə alır. Amma həmin xəstələrin də stasionara götürülməsi lazımdır.

Birotaqlı evdə tək yaşayan şəxs koronavirusa yoluxarsa, həmin şəxs təcrid oluna bilər və evdə müalicə ala bilər. Elə insanlar var ki, onlar yoluxarkən bu virusu ağır keçirmir. Təngnəfəslik və digər ağır fəsadları olmur. Amma bütün hallarda bu cür xəstələrin də stasionar müalicə alması məsləhətdir".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də