
O bildirib ki, vaksin vurduran vətəndaşlarda immunitet dərhal formalaşmır: "İkinci dozadan sonra ən azı 2 həftə keçməlidir. Fərddən asılı olaraq bu müddət uzun da ola bilər. Vaksinlərin də effektivliyi 100 faiz deyil. Bəzi insanlarda vaksindən sonra da yenidən yoluxma halları ola bilər. Sadəcə həmin insanlar xəstəliyi daha yüngül keçirəcək və ölüm istisna olacaq".