Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ŞOU-BİZNES "Qızımı öyrədirlər ki, polisə denən məni anam döyüb" - Mətanət

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana onun və oğlu Kərimin haqqında qalmaqallı açıqlama verib.                                                                
RegionTV.info bildirir ki, həyat yoldaşından ayrılan Canana qızının əri tərəfindən döyüldüyünü sübut edən fotolar yayımlayıb və özünün də dəfələrlə şiddət gördüyünü açıqlayıb. Bundan sonra Kərimlə bağlı polis araşdırmaya başlayıb.
Canana Axşam.az-a açıqlamasında aradırmanın davam etdiyini bildirib. O deyib ki, M.İsgəndərli və Kərim hələ də Rusiyadadır, övladlarına heç bir maddi dəstək göstərmir:
"Polis idarəsinə çağırıldım, qızımdan da, məndən də ifadə alındı. Ekspertizaya göndərilib. Mətanət xanım və Kərim bu hadisədən sonra başlayıblar qızıma tez-tez zəng edib danışmağa. Ona oyuncaqlar alıb, mənə qarşı çıxmağı öyrədirlər. Qızıma deyirlər ki, polisə denən məni atam yox, anam döyüb.
Boşanma davamız bitməyib. Amma məhkəmə aliment kəsib. Kərim onu da ödəmir. Uşaqlara heç bir maddi yardım da göstərilmir. Yenə kirayədə qalıram, təkbaşıma uşaqlara baxmağa çalışıram".

Qeyd edək ki, Kərim və Canananın üç övladı var. Ərindən ayrılan Canana kirayədə yaşadığını, M.İsgəndərlinin onu evinə buraxmadığını və kirayə pulunu da ödəmədiklərini iddia edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də