Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycandan MDB ölkələrinə uçuşlar bahalaşdı - 2 dəfədən çox...

2021-ci ildən Azərbaycandan MDB və digər ölkələrə hava sərnişindaşıma qiymətləri 2 dəfədən çox artıb. 

Bu ilin fevralında təyyarə biletləri MDB ölkələrinə bir gediş üzrə orta hesabla 847,5 manat, digər ölkələrə 783,55 manat olub.
Yanvarda MDB ölkələrinə təyyarə biletləri orta hesabla 816,7 manat, digər ölkələrə 758,7 manat idi.

"RegionTV.info"   rəsmi məlumatlara əsasən xəbər verir ki, MDB ölkələrinə uçuş qiymətləri illik müqayisədə fevralda 2,56 dəfə, digər ölkələrə uçuş qiymətləri 2,18 dəfə artıb. 

Qeyd edək ki, təyyarə biletləri 2021-ci ilə qədər 330-382 manat aralığında dəyişirdi. 

Bu ildən qiymətlərdə kəskin artım baş verib. Qiymətlərin bu qədər yüksəlməsi Covid-19 ilə bağlı xaricə uçuşların azalması ilə izah edilir. 

Səfərlərin sayının azalması bir sərnişinin daşınma xərcini, yəni maya dəyərini  artırdığından uçuş biletlərinin də bahalaşmasına səbəb olub. Biletlərin bahalaşmasına COVID-19 testi ilə bağlı xərclərin yaranması da təsir edib. Xaricə uçuş həyata keçirənlər hökmən koronavirus testindən keçməlidir. Aviasiya şirkətləri test xərclərini də biletin qiymətinə əlavə edir. 

Lakin mütəxəsislər istənilən halda qiymətlərin bu qədər artmasının iqtisadi məntiqinin olmadığını bildirirlər. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də