"Azərbaycanla münasibətlər Pakistan üçün prioritetdir”.
"RegionTV.info" xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hai Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən "Pakistan bu gün” seminarı zamanı deyib.
"Bir çox ölkələrlə münasibətlərimizi yaxşılaşdırmağa çalışırıq. Pakistan Ermənistanı dövlət kimi tanımır. Ermənistanla birbaşa münaqişəmiz yoxdur, mövqeyimiz Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədardır. Azərbaycanla Ermənistan arasında həll olunmamış məsələ qalmazsa, gələcəkdə Ermənistanla münasibətləri də normallaşdırmağa hazırıq”, - səfir bildirib.
Xəbəri paylaş