
"RegionTV.info"nun məlumatına görə ilk olaraq 26, daha sonra 12 nömrəli orta tədris müəssisələrinin ardından 31 ,36, 30 və 13 nömrəli məktəblərdə də “COVID-19” virusu aşkar edilib.
Nəticə etibarı ilə sözügedən tədris müəssisələrində ümumilikdə 11 müəllim və texniki işçi və 9 şagirddə koronavirus pandemiyası aşkar olunub.
Novruz bayramı ilə bağlı yaranan fasilədən istifadə edilməklə Gəncə şəhərində fəliyyət göstərən 40-dan artıq orta tədris müəssisəsində dezinfeksiya işlərinə başlanılacaq.