Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda tanış olmaq istədiyi qızdan yox cavabı alan gəncdən gözlənilməz addım - VİDEO

"RegionTV.info"
Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən Ramiq Əzimov və Təbib Əliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, araşdırma zamanı həmin şəxslərin Yasamal rayonu ərazisində bir nəfərə yaxınlaşaraq
əvvəlcə ondan danışmaq üçün mobil telefon istədikləri məlum olub. Sonra həmin şəxslər zərərçəkənin dəyəri 410 manat məbləğində olan 
“Samsung” markalı telefonunu və içərisində 280 manat olan pul kisəsini əlindən alaraq hadisə yerindən qaçıblar.

R.Əzimov hadisənin necə baş verdiyi danışıb: "Orada bir qız var idi. Onunla tanış olmaq istəyirdik. Qız söyüş söydü. Getdi oğlan dostundan kömək istədi. Oğlan dostu da bizə söyməyə başladı. Biz də onları vurduq". 

Polis əməkdaşları tərəfindən saxlanılan R.Əzimov və T.Əliyev törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir. Həmin şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə, ərazi üzrə polis orqanlarına, habelə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də