Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda təhlükəli gecə - 7 ev əşyaları ilə birlikdə yanaraq külə döndü - VİDEO

Bakının Binəqədi rayonunda bir-birinə bitişik 7 ev yanıb.

"RegionTV.info"nun  məlumatına görə,  hadisə Şövkət Məmmədov küçəsi 19 ünvanında yerləşən Humanitar Kollecin yataqxanasının həyətindəki yeddi evdə yanğın baş verib.

Evlər taxta konstruksiyalardan ibarət olduğu üçün yanğının miqyası qısa zaman ərzində genişlənib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı xoşbəxtlikdə xəsarət alan olmasa da, sakinlərə məxsus əşyaları alovdan çıxarmaq mümkün olmayıb.
Nəticədə 7 ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də