Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda avtobusda "stop" düyməsinə görə dava düşdü - VİDEO


Avtobusda azyaşlının "stop" düyməsini sıxması sürücü ilə sərnişin arasında mübahisəyə səbəb olub. Mübahisə o həddə çatıb ki, sürücü ilə sərnişin biri-birini təhqir ediblər.

"RegionTV.info"  Xəzər TV-yə  istinadən xəbər verir ki, hadisə Bakıda fəaliyyət göstərən 39 nömrəli sərnişin avtobusunda baş verib. Həmin anları isə sərnişinlərdən biri mobil telefonla çəkərək sosial şəbəkələrdə paylaşıb.

Məlumata görə, yaşlı qadının yanında olan nəvəsi səhvən avtobusun salonundakı ''stop'' düyməsini sıxıb. Buna etiraz edən sürücü ilə sərnişin arasında mübahisə yaranıb. Məhz bundan sonra əvvəlcə qadın, daha sonra isə sürücü bir-birinin ünvanına xoşagəlməz ifadələr işlədiblər.

Baş verənlər avtobusdakı digər sərnişinlərin də narazılığına səbəb olub. Hər kəs sürücüyə irad bildirərək, yaşlı qadını təhqir etməməsini deyib. Baş 
vermiş hadisəyə Bakı Nəqliyyat Agentliyi də reaksiya verib. Qurumun mətbuat katibi Mais Ağayev deyib ki, daşıyıcı şirkət bu hadisə ilə bağlı Agentliyə çağırılıb. Şirkətin rəhbərindən izahat alınıb və məlum olub ki, sərnişinlə mübahisə edən Natiq Abdulrzakov adlı sürücüdür.

Daşıyıcı şirkətdən ''Xəzər Xəbər''ə bildirilib ki, sərnişinlə mübahisə edən sürücü ilə bağladıqları əmək müqaviləsinə xitam verilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də