Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya 4 Azərbaycan şirkətinin pomidorlarını ölkəyə buraxdı

Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması sahəsində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

"RegionTV.info"  xəbər verir ki, AQTA-dan verilən məlumata görə, məsələ ilə əlaqədar Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") ilə aparılan müzakirələr, habelə təsərrüfatlarda həyata keçirilən birgə videomonitorinqlər və məhsullardan götürülən nümunələrin ekspertizası nəticəsində martın 17-dən daha 4 pomidor istehsalı müəssisəsindən (“EKO AQRO” MMC, Rzayev Hüseyn Rahib oğlu, Məmmədov Kazım Məmməd oğlu, Əliyev Fuad Paşa oğluna məxsus müəssisələr) pomidor ixracına icazə verilib.

İndiyə qədər ümumilikdə Rusiyanın müvafiq qurumu tərəfindən 74 pomidor müəssisəsindən məhsul ixracına icazə verilib.

Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 229 min 218 ton təşkil edir ki, bu da keçən il ərzində həmin ölkəyə ixrac olunan 179 min 956 ton pomidor məhsulunun 127,3%-ni təşkil edir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də