Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Biləsuvarda yol qəzası olub, xəsarət alan var

Biləsuvar rayonunda yol qəzası baş verib.

"RegionTV.info"nun   məlumatına görə, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə qeydə alınıb.
Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı iki minik avtomobili toqquşub. Nəticədə xəsarət alan sürücülərdən biri, Cəbrayıl rayonunun Nüzgar kənd sakini, 1974-ci il təvəllüdlü Əliyev Yalçın İbrahim oğlu xəsarət alıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də