Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ukraynada Azərbaycan diaspor təşkilatının qurucularından biri vəfat edib

Ukraynada Azərbaycan diaspor nümayəndəsi, Ukrayna Elmlər Akademiyasının müxbir üzvü, görkəmli alim Nadir Əlişov vəfat edib.

"RegionTV.info"   xəbər verir ki, o, bu gün yaşadığı Kiyev şəhərində uzun sürən xəstəlikdən sonra 72 yaşında dünyasını dəyişib.
Mərhum Kiyev şəhərində müsəlman qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, N.Əlişov SSRİ Nazirlər Sovetinin və N.Ostrovski adına Ukrayna Gənclər mükafatlarının laureatı olub. O, Ukraynada Azərbaycan diaspor təşkilatının qurucularından biri olub.

Qeyd edək ki, N.Əlişov 1948-ci ildə anadan olub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də