***18:39***
Ağdamda minaya düşən ailə üzvlərinin adları məlum olub.
"RegionTV.info" xəbər verir ki, onlar rayon sakinləri - Hüseynov Akif Muxtar oğlu, Hüseynov Razi Akif oğlu, Hüseynov Bayram Akif oğlu, Hüseynov Anar Akif oğludur. Hadisə zamanı Akif Hüseynovun nəvəsi Razi Nadir oğlu Hüseynov da onların yanında olub. O, yüngül xəsarət aıb.
***18:25***
Ağdamda mülki şəxslər minaya düşüb.
"RegionTV.info" xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.
Ata üç oğlu ilə birgə minaya düşüb. İlkin məlumata görə, əvvəl onlardan ikisi minaya düşüb. Yaralıları ərazidən çıxarmaq istəyərkən digər iki nəfər də minaya düşüb.
Xəbəri paylaş