Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Azəriqaz”da yeni təyinat olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində yeni təyinat olub.

"RegionTV.info"  xəbər verir ki,  “Azəriqaz”dan verilən məlumata görə, Baş direktor Ruslan Əliyevin imzaladığı əmr ilə Elçin Bilal oğlu Qocayev qurumun İdarəetmə aparatının İstehlakçılara satılan qaza nəzarət şöbəsinə rəis təyin edilib.

O, bu təyinata qədər Energetika Nazirliyi yanında Enerji Tənzimləmələri Agentliyində sektor müdiri vəzifəsində çalışıb. E.Qocayev Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur. O, Əmək fəaliyyətinə Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində mühəndis kimi başlayıb, 2006-2018-ci illərdə SOCAR-ın müxtəlif idarələrində, eləcə də “Azəriqaz”da şöbə rəisinin müavini və şöbə rəisi kimi çalışıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də