
"RegionTV.info" xəbər verir ki, F.İbrahimli onların vəzifədə olduğu müddətdə Azərbaycana böyük problemlər gətirdiklərini diqqətə çatdırıb.
Vitse-spiker eks-məmurları oliqarx kimi xarakterizə edib.
“Yadınıza gəlirsə, bir zamanlar hökumət üzvləri parlamentin sorğularına cavab vermirdi. Ya da şöbə müdiri səviyyəsində cavablar verirdi”, - deyə F.İbrahimli əlavə edib.
Milli Məclis sədrinin müavini deyib ki, bu gün Azərbaycan təhsilinə və mədəniyyətinə ağır miras qalıb:
“Təsəvvür edin ki, təhsildə hansı problemlər olub. Mədəniyyət sahəsinə gəlincə, televiziyalarda bir-iki dəfə oxuyanlar xalq artisti adı alıblar. Haqqı olanlar isə kənarda qalıblar”.