
"RegionTV.info" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan dövləti qiymət artımının qarşısının alınması üçün tədbirlər üzərində işləməlidir:
“Nə qədər desələr də bazarda inhisarçılıq və monopoliya var. Biz uzun illərdir ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi məsələsini qaldırırıq. Hökumətdən xahiş edirəm ki, bu Məcəllənin qəbulunu tezləşdirsinlər”.