
Bakının Xətai rayonunda ümumi sahəsi 200 m² olan məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın 1-ci mərtəbəsində bir otağın və dəhlizin yanar konstruksiyaları 25 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən
RegionTV.info-ya verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.