71 yaşlı sərxoş sürücü maşını piyadaların üstünə sürdü: 3 nəfər öldü
Tarix: 16-03-2021, 10:03Xəbərə baxış: 168
ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində 71 yaşlı sürücü idarə etdiyi maşını piyadaların üstünə sürüb. RegionTV.info xəbər verir ki, hadisə nəticəsində piyadalardan 3-ü ölüb, 9-u yaralanıb. Yaralılardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Polisin məlumatına görə, sürücü saxlanılıb, onun sərxoş olduğu müəyyən edilib.