Ermənistan ordusunun Qafandakı hərbi postunda acınacaqlı vəziyyət hökm sürür.
"RegionTV.info"nun məlumatına görə, hərbçilər xarabalığa oxşayan yerlərdə keşik çəkilrlər.
Hərbçilərin acınacaqlı vəziyyətini əks etdirən video Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən Qafan şəhəri yaxınlığındakı postda çəkilib. Sosial şəbəkələrdə paylaşılan görüntülər Ermənistanda geniş rezonans doğurub. Ermənistanın hərbi polisi və prokurorluğu məsələ ilə bağlı istintaq başladıb, post komandiri isə hərbi polis tərəfindən saxlanıb.
Ermənistan mətbuatında yayılan məlumata görə, videoda bir qrup hərbçi postlarındakı vəziyyətin acınacaqlı olduğunu, radio və digər lazımi cihazların olmadığını bildirib. "Qafan onsuz da təslim olduğu üçün geri çəkilməyimiz əmr edilib. Hər tərəfdə azərbaycanlılardır, üç tərəfdə onların postları yerləşir. Hər postda 50-60 nəfər var və bizdə isə cəmi 9 nəfər" - deyə erməni hərbçilərdən biri qeyd edib.
Hüquq müdafiəçisi Ruben Melikyan isə özünün feysbuk səhifəsində yazıb ki, videonun çəkildiyi nəzarət məntəqəsinin komandiri gecə yarısı hərbi polisə çağırılıb. Hüquq müdafiəçisi bildirib ki, polisə çağırılmanın səbəbi tam olaraq açıqlanmayıb. Bir müddət əvvəl isə problemin ictimailəşdirildikdən sonra yerli hökumət tərəfindən qismən həll edildiyi bildirilmişdi.
Bu görüntülər bir daha təsdiq edir ki, 44 günlük Qarabağ müharibəsində ağır zərbə alan Ermənistan ordusunun özünə gəlməsi hələ bir neçə illər mümkün olmayacaq.
"RegionTV.info" Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir:
Xəbəri paylaş