Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daxili İşlər naziri dəyişdi - ABŞ-da

ABŞ Konqresinin Senatı Nümayəndələr Palatasının üzvü Debora Holendi daxili işlər naziri vəzifəsinə namizədliyini təsdiqləyib.
 
"RegionTV.info"   xəbər verir ki, namizədliyi Prezident Co Bayden tərəfindən irəli sürülşmüş Holendi 51 senator dəstəkləyib, 40-ı əleyhinə çıxıb.
 
60 yaşlı Holend DİN rəhbəri postunda Amerikanın yerli əhalisinin ilk nümayəndəsi olacaq.
 
Qeyd edək ki, ABŞ-da DİN güc strukturu deyil, əsasən federal torpaqların istifadəsi və təbii ehtiyatların hasilatı məsələləri ilə məşğul olur, həmçinin Amerika hindiləri, Alyaska və Havay adalarının yerli sakinləri ilə bağlı müxtəlif proqramlara nəzarət edir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də