Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı

Ağdaşda orta məktəblərdən biri koronavirusa görə bağlanıb.

"RegionTV.info xəbər verir ki, Ağdaş şəhər Bəkir Nəbiyev adına tam orta məktəbdə 2 şagird və bir müəllimdə COVİD-19 testinin cavabı pozitiv çıxdığı üçün Ağda yon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həmin təhsil müəssisində bu gündən dərs prosesinin distant təhsilə keçirilməsinə dair qərar verilib. Dərhal məktəb rəhbərliyi tərəfindən şagird və valideynlər xəbərdar edilib.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində bu günə kimi rayon üzrə təhsil müəssisələrində 35 şagird və 9 müəllimdə COVİD-19 virusu aşkar edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də