
"RegionTV.info" xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu rayonu ərazisində yerləşən restoranlardan birində nişan mərasiminin keçirildiyi barədə 12-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən restoranın inzibatçısı, xidmət personalı və təşkilatçılar barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Ümumilikdə 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.