"RegionTV.info"
ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı müğənni Afət Fərmanqızı olub.
Müğənni keçirdiyi ağır həyatdan söhbət açıb:
“Anam da, atam da gənc yaşlarında rəhmətə gedib. Ağlamağı sevən insan deyiləm. Problemimi özüm yaşamışam. İstəməmişəm ki, ətrafıma, dostlarıma bildirim, onları da kövrəldim. Cavan qardaşım da rəhmətə gedib. Mən nə itkisi görməmişəm ki... Pandemiya bitsin, həyatımı filmə çəkdirəcəm. İnanmıram ki, mən dərddə insan olar. Çox gülənin çox dərdi var”.
Daha sonra müğənni 16 yaşında qaçırılmasından danışıb:
“Ailə qurmağım da faciəvi olub. Məni istəyən oğlan dəfələrlə elçi göndərməsinə rəğmən atam vermədi. Atam rəhmətə gedəndən sonra 3 nəfər oğlanla məni qaçırdılar. Elə bilirəm quldurdular, öldürməyə aparırlar. Bilsəm ki, bu adət-ənənədir, o dərəcə qorxmazdım. Heç nikaha yaşım düşmürdü. Övladımın dünyaya gəlməyinə 3 ay qalmış nikaha yaşım düşdü. Uşaqlığım məhv oldu”.
Xəbəri paylaş