Kanadada bir ailə uşaqlarına maska taxmadıqları üçün təyyarədən endirilib.
Baş verən hadisə zamanı 19 aylıq uşağa maska taxmadıqları üçün ailə ilə uçuş əməkdaşları arasında mübahisə yaranıb və uçuş əməkdaşları ailəyə təyyarədən enmədikləri təqdirdə həbs ediləcəklərini xəbərdarlıq edib.
Bundan sonra sözügedən ailə təyyarədən endirilərək uçuş təxirə salınıb. İki uşaqlı ailə nəzarətə aparılmaqla təhdid edilərkən, sərnişinlərdən biri ailənin heç bir səhvinin olmadığını və uşaqların anasının hicablı olduğu üçün bu cür reaksiyailə qarşılaşdıqlarını idddia edib.
Uşağın anası qızlarına maska taxmaq istədiklərini, ancaq azyaşlının ağlayaraq maskanı çıxardığı üçün təyyarəyə maskasız mindiklərini söyləyib.
Qeyd edək ki, Kadadada uçuş zamanı sadəcə 2 yaşdan yuxarı uşaqların maska taxmalı olduqları və 19 aylıq uşağın bu cür bir öhdəliyinin olmadığı bildirilib.