Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SON DƏQİQƏ: Türkiyəyə qarşı çirkin MÜHARİBƏ - Qırıcılar ƏMR gözləyir... / FOTO

Şərqi Aralıq dənizində bir çox ölkələrlə birlikdə hərbi təlimlər keçirən Yunanıstan fransızlardan aldıqları "Rafale" təyyarələrini döyüşə hazırlayır.

"RegionTV.info"   xəbər verir ki, Fransaya gedən 4 yunan pilotu "Armee DeL'Air" hərbi hava bazasında "Rafale" qırıclarını idarə etmək üçün təlim keçəcəklər. Bir neçə aylıq təlimdən sonra pilotların Egey dənizi üzərində uçuşlar həyata keçirəcəyi bildirilib. 

Yunanıstan Baş Qərərgahının rəsmi saytında isə Səudiyyə Ərəbistanın Girit adasına göndərdiyi döyüş təyyarələrinin fotoları yayımlanıb. Səudiyyə Ərəbistana məxsus F-16 təyyarələri (6 ədəd) adada 10 gün qalacaq. 

Girit adasında Səudiyyə Ərəbistanı ilə yanaşı, ABŞ, Şimali Kipr, Birləşmiş Ərəb Əmirlikləri və Fransa qırıcıları da var.

İsrail Ordusu da Şərqi Aralıq dənizində Türkiyəni rəqib olaraq görən ölkələrin hərəkətə keçdiyini açıqlayıb. Türkiyəyə qarşı keçirilən və Fransanın da qatıldığı "Noble Dina" hərbi dəniz təlimlərinə İsrail donanması başçılıq edir. 

Qeyd edək ki, Türkiyənin Şərqi Aralıq dənizindəki haqqlı iddiaları qarşında aciz qalan Yunanıstan və Şimali Kipr regionda müharibə təhlükəsi yaradıb. 




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də