Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Evində ölü tapılan məktəb direktorunun FOTOLARI

Xəbər verdiyimiz kimi Xaçmaz rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
 
"RegionTV.info"  xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, xilasetmə qüvvələri evin
giriş qapısını açıb və orada aşkarlanan 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, meyiti tapılan şəxsin Alıcqışlaq kənd orta məktəbinin direktoru, olduğu müəyyənləşib. Onun dəm qazından boğularaq dünyasını dəyişdiyi ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

"RegionTV.info"​​​​  Ülkər Hacıyevanın fotolarını təqdim edir:




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də