Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ad günü məclisi təşkil edənlər cərimələndi

Ağcabədi rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

"RegionTV.info"  xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon ərazisindəki kafelərin birində karantin qaydalarına zidd olaraq ad günü məclisi təşkil edən şəxslər müəyyən edilib.

Obyektin sahibi də daxil olmaqla, ümumilikdə, 17 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də