
"RegionTV.info" xəbər verir ki, hərbçilərin nümayişçilərə atəş açması nəticəsində son 1 gün ərzində azı 38 nəfər həlak olub. Çox sayda yaralı var. Ordu mərkəzi küçələri bağlayıb.
Qeyd edək ki, seçkilərin saxtalaşdırıldığını əsas gətirən ordu, fevralın 1-də çevriliş edərək, yüksək rütbəli rəsmiləri həbs edib. Etirazçılar həbs edilənlərin azad edilməsi üçün aksiyalar təşkil edir.