Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Törətdiyi qayda pozuntusunu lentə alaraq paylaşdı - polis araşdırmalara başladı - VİDEO

"RegionTV.info"
Bəzi sürücülər körpülərə yaxın ərazilərdə yaradılan təhlükəsizlik adacığında quraşdırılan siqnal nişanının tələblərinə əməl etmirlər. Bakıda bir sürücü həmin nişanın üzərindən keçərək onu həm sıradan çıxarır, həm də kobud qayda pozuntusuna yol verir. Üstəlik yol təsərüffatına da ciddi ziyan vurub. Sözügedən sürücü etdiyi bu əməli lentə alaraq sosial şəbəkələrdə paylaşıb. Artıq faktla bağlı araşdırmalara başlanıb.

Eetdiyi  qayda  pozuntusu lentə  alan  sürücü  bununla  fəxr  edir.

Paytaxtın Ziya Bünyadov prospektində yol hərəkəti qaydasını pozan sürücünün videosu sosial şəbəkələrə müzakirələrə səbəb olub. Görüntüdən aydın olur ki, o, yolayrıcında sağ zolaqdan sol zolağa manevr edərək kəsişmə yerində quraşdırılan siqnal nişanlarının üzərindən keçir. O, bu hərəkətini lentə alıb və daha sonra sosial şəbəkədə paylaşıb.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, sürücü yağışlı havada kobud qayda pozuntusuna yol verməklə yanaşı digər hərəkət iştirakçıları üçün də təhlükə yardır. Ekspertin sözlərinə görə qayda pozan sürücü bu nişanın heç əhəmiyyətini belə bilmir.

Sözügedən hadisənin baş verdiyi əraziyə getdik. Şahidi olduq ki, bu va digər sürücülərin kobud qayda pozunuları təhlükəsizlik adacığına baxdıqda daha aydın görünür.

Qeyd edək ki, həmin nişanlar Bakı Nəqliyyat Agentliyinin sifarişi ilə Avtomobil Yolları Dövlət Agentliyinin əməldaşları tərəfindən quraşdırılır. Qurumun mətbuat katibi Anar Nəcəfli deyir ki, belə hadisələr zamanı həmin nişanlar sıradan çıxır. Bununla da qəza riski artırır.

Qeyd edək ki, faktla bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırmalara başlayıblar. Sürücü barəsində inzibati qaydada tədbilər görüləcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də