
"RegionTV.info"nun məlumatına görə, hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən supermarketlərin birində qeydə alınıb.
Marketin işçiləri sanitar qovşaqda bir nəfəri boğazı kəsilmiş halda aşkar ediblər. Yaralı xəstəxanaya çatdırılıb. Onun 1993-cü il təvəllüdlü İsmayılov Şakir Bəşir oğlu olduğu müəyyən edilib.
Hadisənin təfərrüatları polislər tərəfindən araşdırılır.