
"Dağlıq Qarabağ münaqişəsi Azərbaycan və Ermənistana səfərim zamanı gündəmin əsas mövzusudur".
"RegionTV.info" xəbər verir ki, bunu ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde bildirib.
“ATƏT sədri kimi Azərbaycan və Ermənistana səfər edirəm. Dağlıq Qarabağ münaqişəsi bu səfərin əsas mövzusudur. ATƏT-in regiondakı problemələrə davamlı həll yollarının tapılmasında rolu var”, - deyə A.Linde vurğulayıb.