Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda QIZIL XƏZİNƏSİ TAPILDI: əraziyə QOŞUN YERİDİLDİ, heç kim buraxılmır

Bu günlərdə Gürcüstan KİV-lərində, belə demək olarsa, qəribə məlumat dərc edilib. Reportiori.ge adlı saytda yer alan məlumatda ("Mtavari” agentliyinə istinadən) deyilir ki, Azərbaycanın Zaqatala rayonu ərazisində "böyük miqdarda qızıl və digər xəzinə” aşkarlanıb. Xəzinənin tapıldığı ərazi iki ölkə sərhədinə yaxındır və ətraf qoşunlarla əhatələnib, əraziyə giriş qadağan edilib.

"RegionTV.info"   xəbər verir ki, "əldə olunan informasiyaya görə bir neçə gün əvvəl Zaqatala rayonunun Faldarlı kəndində əkin sahəsini şumlayıblar. Şumlama zamanı torpaq çöküb. Traktor gətiriblər və qazmağa başlayıblar. Xəzinə tapılıb: fayton, çoxlu qızıl və ölülərin qalıqları”,-xəbərdə belə deyilir.

Bildirilir ki, əraziyə giriş bağlanıb, xüsusi bölmələr gətirilib, tapıntı əraziində yerli arxeoloqlar işləyir.

"Şübhə var ki, söhbət böyük, sensasion və tarixi tapıntıdan gedir. Ərazi Alazan çayının iki-üç kilometrliyində yerləşir. "Mtavari” agentliyinə deyiblər ki, baş verənlər haqda XİN-ə də (yəqin ki, söhbət Gürcüstan XİN-dən gedir,-red.) xəbər veriblər. Yerli sakinlər tələb edirlər ki, söhbət böyük tarixi tapıntıdan getdiyi üçün qazıntılara gürcü arxeoloqları da cəlb edilsin, tarixi izlər silinməsin və ya məhv edilməsin”,-həmin məlumat bu qəribə sonluqla bitir.

Həmin ərazidə nəyin tapıldığı barədə rəsmi məlumata rast gəlinməsə də bir neçə gün əvvəl həqiqətən Faldarlı kəndi yaxınlığında qaz çəkilişi ilə bağlı hansısa torpaq işlərinin aparıldığını dəqiqləşdirə bildik. Yəni söhbət arxeoloji qazıntılardan getmir. Lakin məsələ orada hansı məqsədlə qazıntıların aparılmasında, hansısa xəzinənin aşkarlanmasında da deyil. "Xəzinə tapıntısı” barədə xəbərlər xalq arasında ilk dəfə deyil ki, dolaşır və əsasən kənd yerlərində, bu və ya digər rayonda vaxtaşırı olaraq belə söz-söhbətlər yayılır.

Məsələ bundadır ki, Azərbaycanın Zaqatala rayonu ərazisində qazıntı və "xəzinə aşkarlanması” barədə şaiyələr Gürcüstan KİV-lərində bu cür qəribə reaksiya doğurub. Yəni söhbət Azərbaycan ərazisindən gedirsə orada hansısa arxeoloji qazıntının aparılması və ya "xəzinənin tapılması” qonşu ölkənin Xarici İşlər Nazirliyini niyə maraqlandırmalıdır?

Əlbəttə, Gürcüstan xəbər agentliyinin bu məlumata olan marağı anlaşılandır, dünyanın bu və ya başqa yerində hansısa "sensasion xəzinə tapıntısı” barədə xəbərlər həmişə KİV-lər üçün maraqlı sayılıb. Amma "xəzinə” Azərbaycan ərazisində tapılıbsa və ya arxeoloji qazıntılar Azərbaycan ərazisində aparılırsa bu işə gürcü arxeoloqlarını cəlb etmək çağırışı niyə səslənir ki? Yaxud  onlar hansı "tarixi izlərin” silinməsinin qarşısını almalı idilər?  

Axı Gürcüstan ərazisində hansısa arxeoloji tapıntı barədə xəbərlər eşidəndə Azərbaycanda bu işlərə qarışmaq, ora arxeoloqlar göndərməyi təklif etmək heç kimin ağlına da gəlməzdi. Bir sözlə, Zaqatala rayonunda nəyin tapıldığını dəqiq bilməsək də "Mtavari” agentliyinin bu məzmunlu xəbəri əsl "tapıntıdır”...
Sabaha

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də