Bakıda bıçaqlanma hadisəsi baş verib.
"RegionTV.info"nun məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Ağayev Akşin Caniyar oğlu mübahisə zəminində iki bıçaq zərbəsi alıb. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.
Xəbəri paylaş