
"RegionTV.info" bildirir ki, bunu ARB24-ün "İş vaxtı" verilişində həkim Vasif İsmayıl deyib. O bildirib ki, 2022-ci ildə belə 500 nəfərlik toyların keçirilməsinə icazə verilməsi gözlənilmir.
V. İsmayıl onu da qeyd edib ki, yaxın günlərdə Bakı metrosu fəaliyyətini bərpa edəcək:
"Əgər aktiv xəstə sayı mart ayının sonuna kimi 20 min nəfəri keçməsə və gündəlik yoluxma sayını 1000-1100 arasında saxlaya bilsək, yaxın günlərdə metronun açılması mümkündür. Metropolitendə həftəsonu aparılacaq yoxlamalar da göstərir ki, artıq açılış üçün hazırlıq görülür".