
"RegionTV.info" xəbər verir ki, Məmmədyarov "Magnus Carlsen Invitational" adlanan yarışın I turunda Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb.
Qara fiqurlarla oynayan 36 yaşlı qrossmeyster rəqibini məğlub edib. Aronyan 27-ci gedişdə təslim olub.
Rəcəbov isə turnirə heç-heçə ilə başlayıb. O, ilk turda Niderland şahmatçısı Aniş Giri ilə xalları yarı bölüb.