"RegionTV.info" xəbər verir ki, Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Komanda-qərargah təlimində Naxçıvan Qarnizonu Qoşunları müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilib, birləşmə və hissələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyətin tapşırıqları operativ yerinə yetirməsi məşq etdirilib.
Təlimin sonuncu mərhələsində birləşmə və hissələrin fəaliyyəti, qərarların və hesablamaların reallığı Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzindəki kompüterlər vasitəsilə qiymətləndirilib. Komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbul edib yuxarı qərargaha məruzə etməsi, tabelikdə olanlara çatdırması, döyüşün təşkili üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə kompüterlər üzərində məşqlər keçirilib.
Təlimin yekununda icra edilmiş fəaliyyətlərin təhlili aparılan zaman qarşıya qoyulmuş məqsədlərə nail olunduğu bildirilib, təlimə cəlb olunan birləşmə və hissələrin komandir və qərargahlarının fəaliyyətləri Qarnizonun koordinasiya qrupu tərəfindən qiymətləndirilərək aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində verilmiş tapşırıqlar birləşmə və hissə komandirləri ilə dəqiqləşdirilib.
QALEREYA