
Səfər zamanı media nümayəndələri Ağdam şəhərində düşmən tərəfindən dağıdılan mədəniyyət abidələri ilə tanış olublar. Ziyarət olunan məkanlar sırasında Ağdam Şəhidlər xiyabanı, 1991-ci ilin fevralında partladılmış avtovağzal, Cümə məscidi, Mərkəzi meydan, Qarabağ xanlarının abidələr kompleksi, Ağdamın “Qarabağ” futbol klubunun “İmarət” stadionu, Çörək muzeyi, 1941-1945 abidəsi, Şahbulaq qalası da olub.
Baku TV-nin müxbiri səfərdən reportaj hazırlayıb.
"RegionTV.info" həmin reportajı təqdim edir: